Ucar rayonu Bərgüşad kəndində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Ucar rayon Bərgüşad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində 07 noyabr 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin və Ucar Rayon İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul şəxsləri iştirak etmişlər. Tədbirdə “Uşaqların təhsil hüquqlarının qorunması”, “Narkotikə yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Məişət zorakılığının qarşısının alınması” və “Dini radikalizm” mövzularında çıxışlar edilmişdir. Çıxışlar zamanı iştirakçılara uşaqların hüquqları, onların zərərli vərdişlərə və erkən nikahlara cəlb edilmələrinin qarşısının alınması, ölkəmizdə bu sahədə aparılan işlər, qanunlara edilmiş əlavə və dəyişikliklər barədə geniş məlumatlar verilmişdir. Tədbirdə iştirakçıların mövzulara uyğun olaraq maarifləndirilməsi təmin olunmuş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır.






