Ucar rayonu Çiyni kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Ucar rayonu Çiyni kənd tam orta ümumtəhsil məktəbində 15 may 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Məişət zorakılığının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş və onların sualları cavablandırılmışdır.






