Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayonu İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın iclası keçirilmişdir.

28 dekabr 2022 | 15:00

          28 dekabr 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun imzası ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş 11 mart 2022-ci il tarixli, 10 nömrəli protokolun 12-ci bəndinin icrası ilə əlaqədar 2022-ci ildə görülmüş işlər müzakirə edilmiş və rayon komissiyasının və əlaqədar təşkilatların məsul şəxslərinin görülmüş işlərə dair hesabatları dinlənilmişdir. İl ərzində görülmüş işlər qiymətləndirilmiş və 2023-cü ildə qeyd olunan protokolun 12-ci bəndinin icrası ilə əlaqədar görüləcək işlər müəyyənləşdirilərək rayon komissiyasının və əlaqədar təşkilatların məsul şəxslərinə müvafiq tövsiyələr verilmişdir.

Keçidlər