Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Pirkənd kəndində “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

28 aprel 2023 | 14:10

           Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Pirkənd kənd tam orta məktəbində 28 aprel 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

           Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəis müavininin və əməkdaşlarının, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu Qaracallı kəndində “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndirmişlər. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahələrdə imzalanmış qanunlar barədə eləcə də ölkəmizdə bu sahədə görülmüş işlər haqqında tədbir iştirakçılarına izahlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər