Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu, Qaracallı kəndində “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

22 noyabr 2023 | 12:33

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Qaracallı kənd 1 nömrəli tam orta məktəbdə 22 noyabr 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu, Qaracallı kəndinə “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər