Ucar rayonu, Qaracallı kəndində “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Uşaqların zərərli informasiyalardan qorunması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Qaracallı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində 11 dekabr 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis şöbəsinin, Qaracallı bələdiyyəsinin məsul şəxsləri, məktəbin müəllimləri və valideynlər iştirak etmişlər.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin və Ucar Rayon Polis şöbəsinin məsul şəxsləri çıxışlar edərək Ucar rayonu, Qaracallı kəndinə “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Uşaqların zərərli informasiyalardan qorunması” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.






