Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Qazyan kəndində “Narkotik və tütünə yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

03 oktyabr 2025 | 14:48

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın təşkilatçılığı ilə Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta məktəbində 03 oktyabr 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin, Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul şəxsləri iştirak etmişlər. Tədbirdə “Narkotik və tütünə yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması” və “Dini radikalizm” mövzularında çıxışlar edilmiş və iştirakçıların maarifləndirilməsi təmin olunmuşdur. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır.

Keçidlər