Ucar rayonu Qazyan kəndində “Narkotikə və narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Ailələrdə zorakılıq və erkən nikahlar” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 04 oktyabr 2024-cü il tarixində Ucar rayon Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkotikə və narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Ailələrdə zorakılıq və erkən nikahlar” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.