Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqları zərərli informasiyalardan qoruyaq”, “Narkotikə və tütünə yox deyək”, “Qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

30 oktyabr 2026 | 15:09

          30 oktyabr 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixləri arasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqları zərərli informasiyalardan qoruyaq”, “Narkotikə və tütünə yox deyək”, “Qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması” mövzularında Ucar rayonunun Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvü iştirak etmişdir.

          Tədbirdə mövzulara uyğun çıxışlar edilmiş, gənclərin və yeniyetmələrin zərərli informasiyalardan, narkotiklərdən və zərərli vərdişlərdən qorunması ilə bağlı şagirdlər maarifləndirilmişdir. Müəllim və şagirdlərlə mövzuya uyğun diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər