Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonuna 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və tütünə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

24 iyun 2026 | 15:28

          Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar “Gənclər evi” sosial xidmət müəssisəsinin inzibati binasında 24 iyun 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, əlaqədar dövlət qurumlarının, təhsil və mədəniyyət müəssisələrinin məsul şəxsləri və rayon gəncləri çıxışlar edərək Ucar rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və tütünə yox deyək” mövzusu ilə bağlı tədbir iştirakçıları maarifləndirilmişdir.

          Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, onlarla diskussiyalar aparılmış və tədbirin sonunda iştirakçıların mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər