Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu.

01 iyun 2022 | 17:51

          01 iyun 2022-ci il tarixdə Ucar Rayon Mədəniyyət Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.

          Tədbiri açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov çıxış edərək 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbirə toplaşan uşaqları təbrik etmiş, Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını xüsusi vurğulayaraq bu istiqamətdə görülən işlərdən danışdı.

          Uşaqların ifasında hazırlanan rəngarəng mahnıları, kompazisiyaları və rəqsləri bayram şənliyində iştirak edən uşaqlar, onların müəllim və valideynləri, tədbir iştirakçıları böyük razılıqla qarşıladılar.

          Körpə fidanların hər çıxışı alqışlarla qarşılandı.

Keçidlər