Ucar rayonunda 01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub
01 iyun 2022-ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbiri açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov çıxış edərək 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbirə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları təbrik etdi.
Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Respublikanın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir.
Çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını xüsusi vurğulayaraq bu istiqamətdə görülən işlərdən danışdı.
Uşaqların ifasında hazırlanan rəngarəng mahnıları, kompazisiyaları və rəqsləri bayram şənliyində iştirak edən uşaqlar, onların müəllim və valideynləri, tədbir iştirakçıları böyük razılıqla qarşıladılar.