Ucar rayonunda 01 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edildi
01 oktyabr 2023 | 12:23
01 oktyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Rayon Prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər və xatirəsini yad etdilər.
Bu il prokurorluq orqanlarının yaranmasının 105-ci ili tamam olur.
Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.