Ucar rayonunda 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirilmişdir
01 avqust 2024-cü il tarixdə Ucar Gənclər Evində 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, idarə müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak edib.
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Tamara Mirişli, Qazyan kənd 2 nömrəli tam orta məktəbin müəllimi Lalə Hümmətova, Qaracallı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Rima Mahmudova mövzu ətrafında çıxış etdilər.