Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir

31 iyul 2025 | 12:15

          31 iyul 2025-ci il tarixdə Ucar Gənclər Evində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak edib.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov açaraq qeyd etdi ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

          Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

          Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Gənclər Evinin metodisti Sona İsmayılova, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Vəfa Hüseynova mövzu ətrafında çıxış etdilər.

          Sonda Azərbaycan Əlifbası və Azərbaycan Dili ilə bağlı videoçarx nümayiş olundu.

Keçidlər