Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

14 iyun 2022 | 17:20

          15 iyun 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ucar Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.

            Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyuldu. Sonra Ucar Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa keçirildi. Ulu Öndərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.

          Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

          Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

          Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov, Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, Ucar şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova Ulu Öndərin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söhbət açdılar və qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.

Keçidlər