Ucar rayonunda 15 iyun- Milli Qurtuluş Günü münasibətilə ”Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində ”Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyuldu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil sektorunun müdiri Rahib Bürcəliyev, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Laləzar Həsrətova, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.