Ucar rayonunda 16 aprel 2025-ci il tarixdə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir
Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşəbbüsü ilə 16 aprel 2025-ci il tarixdə Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında “Korrupsiyaya yox deyək” və “Korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması” mövzularında dəyirmi masa maarifləndirmə tədbiri keçirilmişdir. Keçirilən tədbirdə yeni işə qəbul edilmiş dövlət qulluqçuları, dini icma rəhbərləri, səhiyyə, mədəniyyət, təhsil və gənclər sektorlarında çalışan əməkdaşlar və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Keçirilən tədbirlərdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Ülvi Cəbrayılzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsinin müdiri Novella Sultanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin metodisti Sona İsmayılova və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ümumi şöbəsinin müdiri Abdulla Novruzov çıxışlar edərək korrupsiya hüquqpozmaları, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, rayon ərazisində vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri hökumət təşkilatları ilə birlikdə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi, korrupsiyaya qarşı rayon komissiyası, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, korrupsiya risklərinin minimuma endirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumatlar verilmişdir. Həmçinin rayon ərazisində bələdiyyələrin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerlərdə fəaliyyət göstərən dövlət qurumlarının iştirakları ilə korrupsiya və rüşvətxorluğa qarşı maarifləndirmə işlərinin davam etdirilməsi, bu sahəyə ictimai nəzarətin artırılmasının vacib olduğu qeyd olunmuşdur. Tədbirin sonunda iştirakçılarla korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş diskussiyalar aparılmışdır.