Ucar rayonunda 16 mart - Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi əməkdaşlarının peşə bayramı günü qeyd edildi
16 mart 2026-cı il tarixdə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsində 16 mart - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq əvvəlcə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin diqqəti sayəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi fəaliyyəti təkmilləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılmışdır. Məhz Ümummilli Liderimizin qayğısı sayəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qısa vaxtda zəruri maddi texniki bazası yaradılmaqla, peşəkar kadr personalına və yüksək statusa malik olmuşdur.
Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin daha da təkmilləşdirilməsi işi davam etdirilir, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ən müasir texniki avadanlıqlarla təhciz edilir. Cənab Prezidentimiz Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının fəaliyyətini daim yüksək qiymətləndirməklə, hər il mart ayının 16-nı “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günü” kimi təsis edilməsi haqqında 24 sentyabr 2024-cü ildə Sərəncam imzalamışdır.
Tədbirdə Ucar Rayon Prokuroru İlkin Mustafayev, Ucar Rayon Polis şöbəsinin rəisi Valik Vəlimətov, Dövlət Təhlükəsizlik Xidmətinin Ucar rayon şöbəsinin rəisi Anar Tağıyev, Ucar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ramin Musayev və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin rəisi Dəmir Zalov çıxış etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin bir qrup əməkdaşına Ucar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.






