Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü qeyd olundu

17 iyun 2022 | 15:11

          Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova bütün tibb işçilərinin peşə bayramı ilə əlaqədar təbrik edərək, onlara göstərdikləri qayğı, fədakarlıq və peşəkarlıq üçün təşəkkürünü bildirmişdir. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyun ayının 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

          Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova Ucar Rayon İcra Hakimiyyəti Başçısının adından Fəxri Fərmanları tibb işçilərinə təqdim edib.

Keçidlər