Ucar rayonunda 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilmişdir
31 may 2022-ci il tarixdə Ucar şəhəri Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Vətəndaş cəmiyyətinin bərqərar edilməsində insan hüquqlarının və azadlıqlarının rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova giriş sözü ilə açaraq mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə mövzu ətrafında Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Prokurorunun köməkçisi Aysel Həsənova, Ucar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov çıxış etmişlər.
Sonda tədbir iştirakçılarına insan hüquqları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.