Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 2 fevral - Azərbaycan Gənclər Gününə həsr edilmiş tədbir keçirilib

02 fevral 2023 | 12:51

          Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

          Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova bildirib ki, 2 fevral - Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli Lider Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən 2 fevral-Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

          Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Gənclər Evinin müdiri Elamin Dibirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Rahib Rəsulov və rayon gəncləri mövzu ətrafında çıxış etdilər.

          Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc Rayon İcra Hakimiyyətinin Başçısının Fəxri Fərmanları ilə təltif edildi.

Keçidlər