Ucar rayonunda 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi
2 iyul 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin akt zalında 2 iyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu.
Tədbiri giriş sözü ilə açan Ucar Rayon Polis Şöbəsinin rəisi Valik Vəlimətov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edərək, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıb. Daha sonra Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə görə və Azərbaycan Polisi Günü münasibətilə Ucar Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif ediliblər.