Ucar rayonunda 20 sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirildi
19 sentyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, rayon ziyalıları iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, şəhid atası Məhəmmədəli Əliyev, Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta məktəbin direktoru Günel Bayramova, Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbin müəllimi Əfsanə Soltanova və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.






