Ucar rayonunda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı dəyirmi masa keçirildi
16 yanvar 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak etdilər
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq qeyd etdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisəyə ilk siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqına qarşı törədilmiş cinayət olan 20 Yanvar hadisələri ilə əlaqədar ilk etiraz da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Ümummilli Lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.
Daha sonra şəhid atası Elman Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Ucar rayonu, Qazyan kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Aynur Yusifova, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Elvin Abdulov, Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Ülkər İsmayılova mövzu ətrafında çıxış etdilər.






