Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı dəyirmi masa keçirildi

17 yanvar 2025 | 14:31

          17 yanvar 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı dəyirmi masa keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak ediblər.

          Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

          20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisəyə ilk siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqına qarşı törədilmiş cinayət olan 20 Yanvar hadisələri ilə əlaqədar ilk etiraz da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

          Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

          Daha sonra şəhid atası Məhəmmədəli Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar rayonu, Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Xaliq Sadıqov, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Abdulov, Ucar rayonu, Qazyan kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Arzu Xəlilova, Ucar şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova mövzu ətrafında çıxış etdilər.

Keçidlər