Ucar rayonunda 23 avqust - Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirildi
23 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsində 23 avqust-Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin diqqəti sayəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyəti təkmilləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılmışdır. Məhz Ümummilli liderimizin qayğısı sayəsində Xüsusi Dövlət Mühafizə Xidməti qısa vaxtda zəruri maddi texniki bazası yaradılmaqla, peşəkar kadr personalına və yüksək statusa malik olmuşdur.
Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin daha da təkmilləşdirilməsi işi davam etdirilir, Xüsusi Dövlət Mühafizə Xidməti ən müasir texniki avadanlıqlarla təhciz edilir. Cənab Prezidentimiz Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının fəaliyyətini daim yüksək qiymətləndirməklə, hər il avqust ayının 23-nü “Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü” kimi təsis edilməsi haqqında 21 avqust 2008-ci ildə Sərəncam imzalamışdır.
Tədbirdə Ucar Rayon Prokuroru İlkin Mustafayev, Ucar Rayon Məkhəməsinin hakimi Hilal Xəlilov və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin rəisi Niyaməddin Zeynalov çıxış etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsinin bir qrup əməkdaşına Ucar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.