Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 23 iyun 2023-cü il tarixdə Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2023 | 10:33

          İyunun 23-də Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Ucar rayonun da tədbir keçirildi.

         Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Həmçinin qeyd etdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində Respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.

          Sonra dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Keçidlər