Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2022 | 17:10

          İyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Ucar rayonunda tədbir keçirildi.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Həmçinin qeyd etdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində Respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.

          Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev, Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova, Rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, Rayon üzrə Statistika İdarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar.

          Sonra dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edildi.

Keçidlər