Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu

23 iyun 2025 | 12:31

23 iyun 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə təbrik etdi. Həmçinin qeyd etdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində Respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.

         Sonda dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Keçidlər