Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

24 iyun 2022 | 16:40

          24 iyun 2022-ci il tarixdə Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında “Nakomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın tövsiyyəsinə əsasən “Ucar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Nakomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın təşkilatçılığı ilə 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

          Tədbiri Rayon Komissiyasının katibi, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə giriş sözü ilə açaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, narkomaniya və narkomanlığa qarşı aparılan maarifləndirmə tədbirləri və rayonda bu sahədə görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

          Tədbirdə Ucar rayon Polis şöbəsinin Təşkilati İnspeksiya Qrupunun Baş inspektoru Saleh Muştaqov, Ucar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov və Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elamin Dibirov çıxış edərək narkomaniya və narkomanlığın insan orqanizminə ziyanları, bu sahədə aparılan maarifləndirmə və əməlliyyat-axtarış tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar vermişlər.

          Tədbirin sonunda “Gəncliyimizi qoruyaq və Narkomaniyaya yox deyək” mövzusunda hazırlanmış rolikin iştirakçılara göstərilməsi təmin olunmuşdur.

Keçidlər