Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 27 dekabr 2023-cü il tarixdə qanvermə aksiyası keçirilmişdir

27 dekabr 2023 | 16:09

          Ucar rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Ucar rayon sakinləri donorluq aksiyasına qoşularaq qan veriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra qan götürülüb.

          Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

          Qeyd edək ki, Ucar rayonunda artıq ənənəyə çevrilmiş bu humanist aksiyada rayon əhalisi mütəşəkkil şəkildə iştirak etmişdir.

Keçidlər