Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

25 sentyabr 2025 | 12:47

          25 sentyabr 2025-ci il tarixində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr–Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

          Ağacəkmə aksiyasında Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

          Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunmuş ağacəkmə aksiyasında 179 ədəd ağac əkilmişdir.

Keçidlər