Ucar rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirildi
27 sentyabr 2026-cı il tarixdə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkiltlarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, ruhlarına dualar oxundu.
Tədbir Ucar Rayon Mədəniyyət Mərkəzinin qarşısında davam etmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, şəhid anası Xəysə Cavadova, şəhid atası Məhəmmədəli Əliyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov çıxış etdilər.
Anım günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.






