Ucar rayonunda 27 sentyabr Anım günü qeyd edilib
27 sentyabr 2024-cü il tarixdə Ucar Şəhidlər Xiyabanında Anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkiltlarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, ruhlarına dualar oxundu.
Anım tədbiri Şəhidlər Xiyabanının qarşısında davam edib. Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, şəhid anası Şahnaz Ələkbərova, şəhid atası Əli Vəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Boyat kənd tam orta məktəbin müəllimi Aynur Yusifova çıxış etdilər.
Anım günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəhrəmanlar unudulmur!