Ucar rayonunda 27 sentyabr Anım günü qeyd olundu
Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü münasibətilə tədbir keçirilmişdir.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, ruhlarına dualar oxundu.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri Şəhidlər Xiyabanının ərazisində ağac əkdilər.
Anım mərasimini Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən 27 sentyabr Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
44 gün davam edən və qalibiyyətlə başa çatmış hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmişdir. 44 gün ərzində qələbə qazanmağımız sözsüz ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşməsinin nəticəsi idi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Elnur Vəliyevin atası Əli Vəliyev, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ əlilləri və şəhid ailələri İB-nin rayon şöbəsinin sədri Rahib Rəsulov və digərləri çıxışlarında qeyd etdilər ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Anım günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra rayonun Çiyni kəndində Vətən müharibəsində ilk şəhidimiz Hüseyn Həsənovun məzarı ziyarət olunub, ildönümü mərasimində iştirak olunub.
Şəhidlərimiz heç vaxt unudulmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət etsin!