Ucar rayonunda “27 sentyabr – Anım Günü” və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
24 sentyabr 2026 | 12:54
Ucar rayonunda “27 sentyabr – Anım Günü” və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 24 sentyabr 2026-cı il tarixdə ağacəkmə aksiyası keçirilib.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi ağacəkmə aksiyasında Ucar şəhəri, Heydər Əliyev parkı ərazisində 400-ə yaxın eldar şamı ağacı əkilib.






