Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirildi

27 sentyabr 2025 | 12:57

          27 sentyabr 2025-ci il tarixdə 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirildi.

          Əvvəlcə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkiltlarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, ruhlarına dualar oxundu.

          Tədbir Ucar Rayon Heydər Əliyev Mərkəzində davam etmişdir.

          Tədbir iştirakçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, şəhid anası Xəysə Cavadova, şəhid anası Gülnisə Məmmədova, şəhid atası Məhəmmədəli Əliyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Tamara Mirişli çıxış etdilər.

Keçidlər