Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

29 dekabr 2023 | 15:04

 

29 dekabr 2023-cü il tarixdə rayon mərkəzində yerləşən “Xan” Şadlıq Sarayında  31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət edildi, şəhid məzarları önünə gül-çiçək dəstələri qoyuldu, ruhlarına dualar oxundu.

Tədbirdə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev açaraq   Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ruslan İsmayılov, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev çıxış etdilər.

 

Keçidlər