Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

31 mart 2026 | 12:47

          31 mart 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində 31 Mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.

          Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Şəlalə Məmmədova və Ucar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Günel Hacıyeva mövzu ətrafında çıxış ediblər.

Keçidlər