Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri günü münasibətilə tədbir keçirildi

05 iyun 2025 | 12:51

          Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq gül dəstələri qoyularaq xatirələri hörmət və ehtiramla anılmışdır.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vaqif Mehdiyev Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Cənab Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, layihələr həyata keçirildiyini bildirib. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzalayıb.

          Tədbirin sonunda bir qrup əməkdaşa Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanları təqdim edilmişdir.

Keçidlər