Ucar rayonunda 5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri günü münasibətilə tədbir keçirildi
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılmışdır.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Su Meliorasiya Sistemlərinin istismarı idarəsi işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Cənab Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, layihələr həyata keçirildiyini bildirib.
Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzalayıb.
Tədbirin sonunda bir qrup əməkdaşa Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanları təqdim edilmişdir.






