Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar mədəni-kütləvi tədbir keçirildi

08 noyabr 2024 | 14:01

          08 noyabr 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar mədəni-kütləvi tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

          Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanı ziyarət edilib.

          Tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov açaraq 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələck inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

          Tədbirdə çıxış edən şəhid Samir Qəfərlinin atası Möhlət Qəfərov, Vətən müharibəsi əlili Ayaz Həsənli, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıblar.

          Tədbir müxtəlif kompozisiyalar və konsert proqramı ilə davam etdirildi.

Keçidlər