Ucar rayonunda “8 noyabr - Zəfər Günü” ilə əlaqədar rəsmi yığıncaq keçirilib
07 noyabr 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” ilə əlaqədar rəsmi yığıncaq keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Qarabağ Müharibəsi əlilləri, şəhid ailələri, rayon ziyalıları iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin dördüncü ildönümü ölkəmizin hər bir bölgəsində təntənəli şəkildə qeyd olunur. Şanlı Zəfər Günü xalqımız tərəfindən böyük coşqu ilə qarşılanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və ordumuzun şücaəti nəticəsində Azərbaycan Vətən müharibəsində Zəfər qazandı. Bu Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldı.
Daha sonra şəhid atası Məhəmmədəli Əliyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, rayon ziyalısı Hakim Nəcəfov, Qazyan kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aynur Yusifova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Gülçöhrə Xəlilova mövzu ətrafında çıxış etdilər.