Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “8 Noyabr - Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbir keçirildi

08 noyabr 2025 | 15:36

          08 noyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev parkında “8 Noyabr - Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş mədəni-kütləvi tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

          Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanı ziyarət edilib.

          Tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

          Tədbirdə çıxış edən şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, Vətən müharibəsi əlili Ayaz Həsənli Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıblar.

          Tədbir müxtəlif kompozisiyalar və konsert proqramı ilə davam etdirildi.

Keçidlər