Ucar rayonunda “8 noyabr - Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar rəsmi yığıncaq keçirildi
07 noyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” nün beşinci ildönümü ilə əlaqədar rəsmi yığıncaq keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Qarabağ Müharibəsi əlilləri, şəhid ailələri, rayon ziyalıları iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxışında “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib.
Daha sonra şəhid atası Məhəmmədəli Əliyev, şəhid atası Möhlət Qafarov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış etdilər.






