Ucar rayonunda ağsaqqallarla görüş keçirilib
29 oktyabr 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon ağsaqqalları ilə görüş keçirib.
Görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, kəndlərdə mövcud problemlər, yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işləri və sakinləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri vətəndaşların rifahının yüksəldilməsi və yaşayış məntəqələrinin hərtərəfli inkişafıdır. Bu istiqamətdə Ucar rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Ucar Rayon İcra Hakimiyyətinin Başçısı insanların qayğı və problemlərinin dinlənilməsinin, onların həllinə həssas yanaşılmasının qarşıda duran başlıca vəzifələrdən olduğunu vurğulayıb. Ağsaqqalların cəmiyyətimizdəki nüfuzundan, milli-mənəvi dəyərlərimizin qorunmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və ictimai həmrəyliyin möhkəmləndirilməsindəki mühüm rolundan danışıb.
Görüşdə çıxış edən rayon ağsaqqallarının nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə daim dəstək verdiklərini ifadə edərək, ölkəmizdə sabitliyin, inkişafın və xalq-iqtidar birliyinin qorunmasının əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin yaşadıqları kəndlərdə mövcud problemləri və təkliflərini diqqətə çatdırıblar.
Sonda qaldırılan məsələlərin araşdırılması, aidiyyəti qurumlarla birgə həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və sakinlərlə birbaşa dialoqun davam etdirilməsinin vacibliyi qeyd olunub.






