Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirildi

18 aprel 2025 | 15:09

          18 aprel 2025-ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirildi.

          Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin, Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon qadınları iştirak edirdi.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq regionlarda bu cür maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.

          Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi Gülnarə Həmidova, Sosial sahibkar, “Maestro School”-un təsisçisi Mədinə Paşayeva, Safavy Onlayn Təhsil Platformasının direktoru, şəxsi inkişaf üzrə mentor, “Her İT Journey” Sosial layihənin rəhbəri Könül Quliyeva mövzu ilə bağlı çıxış etdilər və mövzu ətrafında rayon qadınları ilə fikir mübadiləsi aparıldı.

Keçidlər