Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi

07 sentyabr 2023 | 14:20

          Ucar rayonunda Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir.

          Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır.

          Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Bürcəliyev 2022-2023-cü tədris ilində qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Belə ki, rayonun ümumtəhsil məktəblərini bitirən 676 məzundan 253 nəfəri ali məktəblərə daxil olub. Onlardan 27 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.

          Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllimləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

          Tədbirin sonunda yüksək bal toplayan tələbələrə xatirə hədiyyələri təqdim edilib.

Keçidlər