Ucar rayonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Ucar Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılovun sədrliyi ilə 20 noyabr 2025-ci il tarixində keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və yerlı bələdiyyə sədrləri iştirak etmişdir.
Tədbirdə su ehtiyatlarının mövcud vəziyyəti, onların mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri, suyun istifadəsinə dövlət nəzarətinin gücləndirilməsi, suya qənaət mexanizmləri və əhalinin bu prosesdə iştirakı barədə, həmçinin yaşıllıqların uçotuna dair geniş məlumat verilmişdir.
Tədbir iştirakçılarına yaşıllıqların uçotuna dair, su ehtiyatlarının qorunmasının ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf üçün əhəmiyyəti barədə izahat verilmiş, bu sahədə mövcud əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.






